Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

Korrupsiyanı zaman da etiraf edir

Əgər büdcəyə ödənişlər artıbsa…

Bir daha təsdiqlənir ki, zaman ən böyük hakim, ən böyük araşdırmaçı, ən böyük ifşa edəndir. Hökumətin daha bir korrupsiyasını, daha bir yalanını zaman ifşa etdi.

Belə ki, verilən məlumata görə cari ilin aprel ayında Azərbaycan ÿDövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 227,397 mln. manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,1 mln. manat yaxud 60,9% çoxdur.


Komitənin saytında verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoci dövrü ilə müqayisədə 11,642ÿmln. manat yaxud 27,4% artaraq 54,202 mln. manat olub.

Eyni zamanda bildirilir ki, bu ilin 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib.

Diqqət etsək görərik ki, bütün qurumlarla bağlı eyni məlumatlar verilir. Yəni, rəsmi şəkildə bildirilir ki, ötən dövrlə müqayisədə bütün qurumların büdcəyə ödənişi artıb.

Olquqca ziddiyyətli bir vəziyyət yaranıb. Necə olur ki, xarici ticarət dövriyyəsi 50 faiz azalır, idxal 50 faiz azalır, iri marketlər, ticarət mərkəzləri bağlanır, bir sözlə vergi ödəyiciləri kəskin şəkildə azalır və belə bir vaxtda Vergilər Nazirliyinin xəttiylə büdcəyə ödənişlər 104 faiz artır?

Əslində, ötən illərlə müqayisədə gömrükdən, neft fondundan, vergilər nazirliyindən büdcəyə ödənişlər kəskin azalmalıydı. Həm rəsmi məlumatlar bütün iqtisadi göstəricilərin aşağı düşdüyünü göstərir, həm də rəsmi məlumatlar büdcəyə daxilolmaların artdığını təsdiqləyir.

Amma hökumətin ifşası bununla da yekunlaşmır. Gəlin, təsəvvür edək ki, həqiqətən də məlumatlar dəqiqdir. Yəni, Vergilər Nazirliyi proqnoz tapşırığı 104 faiz yerinə yetirib, gömrük xəttiylə büdcəyə daxilolmalar 60 faiz artıb və s.

O zaman sual meydana çıxır. Əgər neftin qiymətinin kəskin azaldığı, iqtisadi göstəricilərin sürətlə aşağı düşdüyü vaxtda büdcəyə daxil olmalar bu qədərdirsə, iqtisadi göstəricilərin yüksək olduğu vaxtlarda niyə daxilolmalar az olub?

Niyə, Maliyyə Nazirliyi həmin dövrlərdə daha yüksək proqnozlar verməyib? Niyə, proqnoz büdcə təsdiq olunanda Milli Məclis rəqəmlərin az göstərilməsinə etiraz etməyib? Ölkə başçısı büdcəyə ödənişlərə nəzər salanda əvvəlki illərlə ziddiyyəti görmürmü?

Əslində, bu ziddiyyətləri görmək üçün iqtisadçı olmağa, dərin biliyə ehtiyac yoxdur. Hətta bu il göstərilən rəqəmlər düzdürsə, bu o deməkdir ki, əvvəlki illərdə milyardlarla vəsait büdcədən yayındırılıb, mənimsənilib.

Bəli, əgər iqtisadi göstəricilərin yüksək olduğu vaxtlarda büdcəyə daxil olmalar indikindən çoxdursa, deməli ötən illər ərzində korrupsiyanın səviyyəsi pik həddə olub.

Bir sözlə, indiki böhranlı vəziyyətdə büdcəyə ödənişlərin kəskin artması ziddiyyətli görünür və reallığa uyğun gəlmir. Eyni zamanda hətta bu məlumatlar dəqiqdirsə, bu da ötən illər ərzində milyardlarla vəsaitin mənimsənildiyini təsdiqləyir.

Deməli, isətinlən halda ortaya çıxan faktlar rejimin ifşasına xidmət edir və bu ifşanı zaman faktoru da təsdiqləyir./azadlıq/
521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09