Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

İslamçı məhbuslar ümumi rejimli CÇM-dən "Tubzon"a niyə köçürülüb? - FOTO

Keçən gün günortadan sonra 16 saylı CÇM-də məhbus həyatı yaşayan islamçılar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Elşad Rzayev və Telman Şirəliyev (red: Tərlan Ağadadaşovun göndərilməsi dəqiq olsada, digər 4 nəfərin göndərilməsi dəqiqləşdirilir) "Tubzon"a vərəm xəstələri olan CÇM-nə köçürülüb. Qeyd edək ki, həbsxana həyatında hər kəsə məlumdurki  bu "zon"a  xüsusilə "cəzalandırılmalı" məhbuslar göndərilirlər.
Əldə etdiyimiz məlumata görə, islamçı məhbuslar Yusif Peyğəmbər filminin klubda nümayiş etdirmək istəyiblər bundan sonra nəzarətçilərlə problem yaranıb və nəticədə onlar "Tubzon"a göndəriliblər. 
 
***
 
16 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan hicab məhbuslarından 5 nəfər qara maskalılar tərəfindən “Tubzon” (“vərəm zonası” mənası verir – red.) kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinə aparılıb. Bu barədə “İslaminSesi”nə vəkil Zaman Səmədov məlumat verib.
 
Vəkilin sözlərinə görə, məhbusların hansı səbəb üzündən dispanserə aparıldığı bilinmir.
 
Hazırda sözügedən məhbusların valideynləri ilə sözügedən həbsxanada gəldiklərini söyləyən vəkil, “Penitensiar Xidmətin Binə qəsəbəsindəki vərəm dispanserindən bizə heç bir məlumat vermədilər. Hansı səbəb üzündən onlara qarşı belə bir addım atıldığını bilmirik”, - deyə bildirdi:
 
“Bu gün qeyri-iş günü olduğuna görə, Penitensiar Xidmətə müraciət edə bilmədik. Həftənin birinci günü Penitensiar Xidmətin rəhbərliyinə ərizə ilə müraciət edərək görüş üçün vaxt alacağıq. Yalnız bundan sonar hadisənin hansı üzdən baş verdiyini dəqiq deyə biləcəyik.”
 
Qeyd edək ki, “Tubzon”a aparılan məhbusların oktyabr ayının 5-də həbs edilən inanclı məhbuslar olduğu bildirilir. Aparılan məhbuslardan bir neçəsinin adları məlum olub. Məhbusların adlarının Ağadadaşov Tərlan, Telman, Rövşən, Davud olduğu bildirilir./İslamazeri/
 
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16