Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

Balla yaranı necə sağaltmaq olar

Balın min bir faydasından biri də onun yaraları müalicə etmək, kəsikləri birləşdirmək, dəridəki xoraları aradan qaldırmaqdır. Bəziləri balın güclü enerji qaynağı olmasını, daxili xəstəliklər üçün yararlılığını qəbul etsələr də onun yarasağaltma xüsusiyyətinə inanmırlar.

Bal yaraları necə sağaldır? Biz yaranın üzərinə təmiz bal qoyduqdan sonra oradan qan axmağa başlayacaq. Bu qorxulu deyil, əksinə sevindiricidir. Çünki bal bu zaman qan axınını və limfaların gedib-qayıtmasını sürətləndirməklə yaranı mexaniki olaraq yuyub təmizləyir. Əgər qan axırsa, deməli bu yaradakı çirkab qanın oranı tərk etməsi deməkdir.
Bu iş yerinə yetirildikdən sonra bal ikinci faydalı prosesə başlayır. O çirkab qanın altında qalan ac hüceyrələri təmiz qanla qidalandırır. Bu isə təbii ki, həyat mənbəyidir. Sağalma prosesi də bu zaman start götürür.
Amma bu da son deyil.Yaranın ərazisindəki hüceyrələr təmiz qanla qidalanıb dirçələn zaman bal yaranı mikroblardan və bakteriyalardan qoruyur. Balın tərkibində olan elementlər yaradakı mikrobları öldürmək gücündədir.
Amma bu zaman bala yardımçı olan əlavə tərkiblər də lazımdır. Məsələn, biz yaranı sağaltmaq üçün balı balıq yağı ilə qarışdırsaq bu çox effektli olar. Həmçinin balı penisillin, streptomisin kimi antibiotiklərlə qarışdırsaq faydası özünü çox gözlətməz.
Madam ki, bura qədər oxumusuz, biz də əvəzində yaranı balla sağaltmaqdan ötrü daha iki metod deyək:
a) Bataqlıq ərazilərdə olan otları qurumuş halda yarım saat qaynadırıq. Daha sonra həmin məhlulun bir stəkanına (təxminən 100 qramına) bir çay qaşığı bal əlavə edirik. Alınan tərkib yara üçün çox faydalıdır;
b) Bir çay qaşığı qurumuş çobanyastığı çiçəyini 100 qram suda qaynadıb soyumasını gözləyək. Alınan məhlula bir çay qaşığı qədərincə bal əlavə edib yaraların üstünə çəkmək çox effektiv üsuldur./moderator/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57