Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

Venesiya Krımı Rusiya ərazisi kimi tanıyır

İtaliyanın Venesiya şəhəri Krımı Rusiya ərazisi kimi tanıya bilər.

Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Xəbərə görə, Venesiya parlamenti mayın 18-də qanun layihəsini səs verməyə çıxaracaq. Qanun qəbul olunarsa, Venesiya Krımın Rusiya ərazisi kimi tanıyan ilk Avropa bölgəsi olacaq.

Ayrıca, venesiyalı parlamentarilərin məclisə təqdim etdiyi qanunda AB-nin Krım siyasəti “ayrı-seçkilik və haqsızlıq” adlandırılıb.

“AB və İtaliya beynəlxalq hüquqda yer alan öz gələcəyini təyin etmə prinsipini Krım yarımadası üçün tanımadı. Geopolitik səbəblərə görə ikili standart siyasəti tətbiq edən AB və İtaliya, Krım xalqının az qala yekdilliklə ortaya qoyduğu iradəni görməməzlikdən gəlir”, - qanun layihəsində qeyd olunub.

Bundan başqa, layihədə AB və İtaliyaya Rusiyaya tətbiq olunan sanksiyaların ləğv edilməsi çağırışı da yer alıb./axar/
453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...