Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

AXCP fəalı təkrarən saxlanılıb

Bakının Xəzər rayon sakini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Azər Kərimov bu gün saxlanaraq naməlum istiqamətə aparılıb. Bu haqda Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, A.Kərimovu kimlərin və hara aparması məlum deyil.

“Bildiyimiz budur ki, dostlarından birinə mesaj verib ki, onu naməlum istiqamətə aparırlar”.

A.Kərimov bir neçə gün öncə də saxlanılıb. Onun saxlanmasına səbəb Xəzər rayon Polis İdarəsinin1 saylı polis bölməsinin həyətındə vəfat edən Zaur Sultanovla bağlı Facebook-da palyadşığı stasus olub. Belə ki, həmin statusda A.Kərimov Z.Sultanovun işgəncə nəticəsində ölməsi barədə yazıb. 1 saylı polis bölməsində ondan izahat alınıb. A.Kərimov hər hansı təhqirə yol vermədiyini və stasusu səhifəsindən pozmayacağını bildirib. Bu gün isə A.Kərimov təkrar saxlanılıb.

Daxili İşlər Nazirliyi Z.Sultanovun işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatı təkzib edib. DİN-in açıqlamasına görə, Z.Sultanov 1 saylı polis bölməsinə izahat alınması üçün dəvət edilib. Qəfildən halı dəyişib və polis bölməsinin həyətində vəfat edib. DİN-in açıqlamasında Z.Sulatnovun ürək çatışmamazlığındən əziyyət çəkdiyi deyilir. Amma Z.Sultanovun ailəsi onun işgəncələrdən vəfat etdiyi barədə mediaya açıqlamalar verib.

Öz növbbəsində, polis orqanlarından Azər Kərimovun saxlanması ilə bağlı hələ məlumat almaq mümkün olmayıb (Amerikanın səsi).
487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı