Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

Cəlilabadda hərbi bilet almaq neçəyədir?

Bunun üçün hərbi komissar Həsrət İsmayılovun cibinə 2500 manat qoymaq kifayət edir

Azərbaycan Ordusunun Qarabağ cəbhəsində böyük uğurlara imza atdığı bir vaxtda, yerli hərbi komissarlıqlar müharibə xofu adı altında pul qazanmağın yeni yollarını tapıb. Əksər rayonlarda hərbi komissarlar öz adamları vasitəsiylə insanlar arasında xəbər yayırlar ki, bəs, yaxın vaxtlarda hərbi əməliyyatlar yenidən başlayacaq və uşaqları da cəbhəyə aparacaqlar.

Qeyd edək ki, aprelin əvvəlində 4 günlük müharibədən sonra insanlarda ordumuza olan insan xeyli artıb. Artıq insanlar Qarabağ torpaqlarının işğaldan azad edilməsini cani-dildən istəyirlər. Hətta bunun üçün malından, mülkündən, canından keçmək istəyənlərin sayı-hesabı yoxdur.Bunu dəqiq bilmək üçün uzağa getməyə də gərək yoxdur. Ona görə ki, Hərbi Komissarlıqlarda könüllü olaraq qeydiyyata düşənlərin sayı 10 mindən çoxdur.

Amma Cəlilabadda bunun tərsi müşahidə olunur. Politika.Az xəbər verir ki, rayonun Hərbi Komissarlığının əməkdaşları cəmiyyət arasında xof yaratmaq üçün az qala dəridən, qabıqdan çıxırlar. Səbəb isə xaraktercə zəif insanları qorxudub, onların pullarını almaqdır.

Politika.Az «Cəlilabadımız» adlı səhifəsinə istinadən xəbər verir ki, Cəlilabad rayon Hərbi Komissarı Həsrət İsmayılov artıq bazar açıb və qısa müddətdə də yaxşı pul qazanmağa nail olub. İyunda yenidən başlayacaq hərbi çağırışla əlaqədar isə görülən tədbirlər «nəticəsiz» qalmayıb. Belə ki, Həsrət İsmayılov sağlam şəxsi hərbi xidmətdən yayındırmaq üçün konkret qiymət müəyyənləşdirib. Bu istəkdə olanların 2500 manat verməsi kifayət edir ki, həmin gəncə yararsız statuslu hərbi bilet verilsin.

Qeyd edək ki, analoji olaylar başqa rayonların Hərbi Komissarlıqlarında da yaşanır. Məsələ ilə bağlı araşdırma aparırıq. Yaxın günlərdə müharibə xofu yaratmaqla pul qazanmaq istəyən digər hərbi komissarlıqların adlarını açıqlayacağıq./politika/
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...