Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

20 manata görə əmisi oğlunu tüfənglə güllələdi

Göyçaydakı silahlı insidentin təfərrüatları üzə çıxdı.

EL TV (Region TV) xəbər verir ki, Göyçayın Alıkənd kəndində silahlı insident baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zamanı həmkəndlisi olan əmisi oğlu, 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Təcilli olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına çatdırılan Nurlan Məmmədov cərrahiyyə əməliyyatı olunub.

Hadisə şahidlərinin bildirdiyinə görə, Nurlan Məmmədov atası və qardaşı ilə birgə Raqif Məmmədovdan aldıqları otu biçərək sahədən götürərkən aralarında 20 manata görə mübahisə yaranıb. Bu zaman Raqif tüfənglə Nurlanı güllələyib. Daha sonra onun atasını güllələmək istəyərkən Nurlanın qardaşı Asif onun əlindəki tüfəngi almaq istəyib. Nəticədə tüfəngdən havaya atəş açılıb. Xoşbəxtlikdən güllə Nurlanın atasına dəyməyib.

Hadisəni törədən Raqif Məmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı ilə cinayət işi başlanıb, istintaq gedir.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25