Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

Tehrandan SOS: “Nüvə razılaşması təhlükədədir”

“İran “altılıqla” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) imzalanan nüvə razılaşmasının icrasından razı deyil”.

“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin köməkçisi, Xarici İşlər Nazirliyinin Avropa və Amerika departamentinin başçısı Məcid Təxt-Rəvançi deyib.

Onun sözlərinə görə, ABŞ öz öhdəlikləri yerinə yetirmir.

“Bundan başqa Avropa bankları tərəfindən qorxular mövcuddur. Biz hələ Avropanın İranla bank əməkdaşlığı müşahidə etmirik. Bütün ticarət danışıqlarında bank problemi ən əhəmiyyətli məsələlərdən biridir”, - iranlı diplomat əlavə edib.

Qeyd edək ki, cari ilin yanvarında ABŞ, Avropa İttifaqı və BMT İrana qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Ancaq ABŞ maliyyə sistemi vasitəsilə dollarla edilən hesablamalarda bir sıra məhdudiyyətlər qalıb.
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber