Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Aqrar ölkə südü də xaricdən alır…

Kənd təsərüfatına qoyulan milyonlar niyə bəhrə vermir?

Rövşən Ağayev: «Xərclənən hər manatın effektivliyi yoxlanmalıdır amma yoxlamırlar»

Azərbaycanın istehlak bazarında satılan südün əsas hissəsi ölkəyə idxal olunan məhsulun payına düşür. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov belə deyib.

Şöbə müdiri rəqəmi qənaətbəxş hesab etmir. O, yerli ticarət şəbəkəsində satılan süd məhsullarının 30 faizinin yerli, 70 faizin isə idxal olduğunu deyir: "Nəzərə alsaq ki, adambaşına 72 litr süd istehlak edilməlidir, o zaman bu sahədə fəaliyyət göstərən yeni istehsal müəssisələrinin yaradılmasına böyük ehtiyac olduğu diqqət çəkir".
Budjet.az saytının məlumatına görə, 2012-ci ildə dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə toplam 410 557 614 (410 milyon 557 min 614 AZN) manat maliyyə ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında isə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 2011-ci ildə görülmüş işlər barədə məlumat dərc olunub. Məlumatda bildirilir ki, ölkədə heyvandarlığın intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi üçün Ağdam rayonunun Əfətli, Kürdəmir rayonunu Atakişili, Saylanın Kürqaraqaşlı, Ağcabədinin Ağabəyli, Qubanın Nügədi və Pirvahid kəndlərində, eləcə də Şəki şəhərində iri südçülük-maldarlıq təsərrüfatları yaradılıb. Respublika Süni Mayalanma Mərkəzində ətlik istiqamətli aberdin-anqus cinsindən olan heyvanlardan toxum istehsal edilərək süni mayalanma texniklərinə verilir. Həmin toxumlarla kənd və qəsəbələrdə yerli heyvanlar Bərdə, Gədəbəy və digər rayonlarda heyvanların kökəldilməsi işi davam etdirilir. Bunun üçün maldarlıq təsərrüfatları yaradılır, süni mayalandırılır və alınan balalar kökəldilir.
İqtisadçı ekspert Rövşən Ağayevə görə problem hesabatlılığın olmamasındadır: "Hesablama Palatası əslində keyfiyyət hesabatı verməlidir, ancaq yoxlamır. Effektiv idarəetmə, effektiv xərclənmə o deməkdir ki, xərclənən hər manatın effektivliyi yoxlanmalıdır. Yoxlamırlar. Bütün bunlar olmadığına görə məmur fikirləşir ki, mən 7-8 il işləyəcəm. Heç kim məndən şübhələnməyəcək. Nə Maliyyə Nazirliyi, nə də Hesablama Palatası təvtiş aparıb məndən keyfiyyət hesabatı tələb etməyəcək. Bütün bunların səbəbidir ki, bu gün kənd təsərrüfatının heç bir sahəsində inkişaf yoxdur".
Ekspert eyni zamanda, hökumətin ərzaq təhlükəsizliyi məsləsindəki ən böyük problemini heç vaxt vəziyyətin nə yerdə olduğunu etiraf etməməsində görür: "Bəlkə də yeni nazir köhnə nazirin işini təqdim edərək vəziyyət ağır olduğunu göstərmək istəyir. Dünyada ərzaq təhlükəsizliyi üçün bir neçə məhsul var ki, onlardan biri də süd və süd məhsullarıdır"./bizimyol/
1776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...