Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

Hər gün ağartı məhsulları yemək üçün 7 SƏBƏB

Ağartı məhsulları çox faydalı və müalicəvi məhsullardır. Diyetoloqlar insanın yaşından asılı olmayaraq bu məhsulları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər.

1. Ağartı məhsulları orqanizm üçün ən vacib minerallardan biri olan kalsiumla zəngindir. Kalsium sümüklərin, dişlərin, ürək-damar sisteminin sağlamlığı üçün olduqca vacibdir. Bu məhsullarda olan kalsium orqanizm tərəfindən çox asan mənimsənilir.
Bundan əlavə ağartı məhsullarında sümüklərimiz və dişlərimiz üçün vacib olan digər mineral fosfor da var.

2. Hal hazırda disbakterioz (bağırsaqların normal mikroflofasının pozulması) ən yayılmış pozulmalardan biridir.
Ağartı məhsulları bağırsaqların normal mikroflorasını bərpa etmək xüsusiyyətinə malikdir. Bu xüsusilə antibiotiklər və bəzi digər dərmanları qəbul edən insanlar üçün vacibdir.

3. Ağartı məhsulları orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır metalların duzları və s.) təmizləyir.

4. Ağartı məhsulları bağırsaqların normal fəaliyyətinə kömək edir. Bu qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə vacibdir.

5. Ağartı məhsulları sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

6. Sübut olunub ki, ağartı məhsulları arıqlamağa kömək edir.

7. Ağartı məhsulları immun sistemini möhkəmləndirir./Saglamolun/
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat