Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

İraq ordusu daha 3 kəndi azad etdi

İraq Müdafiə Nazirliyi Ənbar bölgəsində daha 3 kəndin İŞİD terror təşkilatından geri alındığını və terrorçulara ağır zərbə endirildiyini bildirib. İraq Müdafiə Nazirliyinə bağlı Hərbi İnformasiya Departamentindən verilən yazılı açıqlamada İraq qüvvələrinin Ənbardakı Veynic, Harun əl-Bəraziyə və Amiriyyə kəndlərini İŞİD-dən geri aldığı qeyd edilib. Əməliyyatda iştirak edən Cəzirə əməliyyatlarının komandanı general-mayor Əli İbrahim kəndlərin ordu qüvvələri, hüquq-mühafizə orqanları və tayfa döyüşçülərinin iştirakı ilə ələ keçirildiyini deyib. ABŞ-ın rəhbərliyik etdiyi beynəlxalq koalisiyanın da havadan dəstək verdiyi əməliyyatda partlayıcı yüklü 4 avtomobilin və 1 motosikletin məhv edildiyi, 11 İŞİD üzvünün də öldürüldüyü bildirilib. Son aylarda Ənbarın mərkəzi Ramadinin də aralarında olduğu vilayətdəki bir çox region İŞİD-dən geri alınıb./Eastnews/
506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57