Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

İraqın müdafiə naziri: "İŞİD İraqda gücünü itirir"

İraqın müdafiə naziri Xalid Əl-Ubeydi İŞİD-in ölkədəki mövqelərini qorumaq üçün gücünü itirdiyini bildirib.

Parstoday xəbər verir ki, Xalid Əl-Ubeydi bu gün verdiyi bəyanatında könüllü xalq qüvvələrinin İraq silahlı qüvvələrinə verdiyi dəstəyindən sonra, İŞİD-in İraqda zəiflədiyini, artıq öz mövqeləri və işğal etdiyi əraziləri qoruma gücünə malik olmadığını vurğulayıb.

ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün İraqa silah verilməsini sabotaj etməsinə baxmayaraq, Rusiya bu gün İraqa 10 ədəd Su-24 və M 28, M 21 tipli döyüş təyyarəsi və helikopteri təhvil verib. İraq bu silahları İŞİD-ə qarşı əməliyyatlarda istifadə edəcək.

Digər tərəfdən, Ramadi şəhərinin qәrbindә 310 kilometrliyindә yerləşən Ər-Rotəbə şəhərini azad etmək əməliyyatının bu gün səhər saatlarından başladığı bildirilib.

Başqa bir xəbərdə isə İraq ordusunun beynəlxalq koalisiya qüvvələrinin dəstəyilə İŞİD terrorçularının Fəllucənin cənubunda yerləşən Əs-salam kəndində yerləşən mövqelərini bombaladığı, hücumda bir neçə terrorçunun öldüyü və yaralandığı bildirildi. Həmçinin Fəllucənin Əl-Kəramə rayonunun Ər-Rişad kəndindəki İŞİD mövqelərini top atəşinə tutub, hücumlarda Əbu Nimr adlı İŞİD komandiri zərərsizləşdirilib.

Hazırda İraqıb xalq və ordu qüvvələri Ənbarın qərbindəki Əl-Bağdadinin şimal qərbində yerləşən strateji nöqtələri İŞİD-in işğalından azad edib./deyerler/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<