Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

“Rüşvət verib, ərzaqların istifadə tarixini uzadırlar” - Marketlərdə “zəhər” satılır

“Azərbaycanda bir qrup “alim” var. İstehsalçılar onlarla iş aparır və ərzaq məhsullarının yararlılıq vaxtını uzatmaq istəyirlər. Bunun üçün rüşvət də verirlər”.

Bu barədə aznews-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, “Bazar Store”da kiflənmiş kolbasanın satılmasıyla bağlı məsələyə münasibət bildirərkən bəzi məqamlara aydınlıq gətirib.

Eyyub Hüseynovun sözlərinə görə, marketin rəhbərliyi bu məsələyə görə məsuliyyət daşıyır: ““Bazar Store”də vaxtı keçmiş kolbasa məhsullarının satışına bir başa satıcı və rəhbərlik cavabdehlik daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. Həmin qanuna görə, vaxtı keçmiş ərzaq məhsulları mağazalardan yığışdırılmalıdır. Satışını təşkil edən şəxslər istehlakçıların hüququnu pozur. “Bazar Store”un rəhbərliyi bu məsələyə görə cavab verməlidir”.

E.Hüseynov bildirib ki, yararlılıq müddəti keçmiş məhsulların satışa çıxarılması cinayətdir: “Əgər məhsul qadağandırsa, onu satmaq cinayətdir. Çox təəssüflər olsun ki, Azərbaycanda qanunlar nisbətən zəifdir. Vaxtı keçmiş bir məhsulu belə satan tərəf 1000-1500 manat cərimə olunmalıdır. Bu ərzaqlar insan orqanizmi üçün zərərlidir, mədə-bağırsaq xəstəliyi yaradır. Lakin Azərbaycanda bir qrup “alimlər” var. İstehsalçılar onlarla iş aparır və ərzaq məhsullarının yararlılıq tarixini uzatmaq istəyirlər. Bunun üçün rüşvət də verirlər. Belə rüşvət mənə də təkilf olunub. Lakin mən bunda iştirak etməmişəm”.

Ekspert əlavə edib ki, AİB-in yeganə tələbi ərzaq məhsullarının saxlanma vaxtının azaldılması və saxlanma temperaturunun aşağı salınmasıdır.
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46