Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

Polisdəki işgəncə ilə bağlı Ramil Usubova şok müraciət - FOTO

«Mənim başıma gətirilənlərdən sonra hansı vətəndaş şahidi olduğu cinayət hadisəsi haqda xəbər verər?»

Sumqayıt şəhər 1 saylı Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən Rəşad Abbasov baş prokurora və daxili işlər nazirinə müraciət edib.

Sumqayıt şəhər sakini R.Abbasov polis əməkdaşları tərəfindən vəhşicəsinə döyüldüyünü, fiziki təzyiqlərə məruz qaldığını, nəticədə isəsağlamlığını itirdiyini deyib. Onun sözlərinə görə, işgəncə zamanı daxili orqanları zədələnib, ayaq barmaqları sındırılıb.

R.Abbasov deyir ki, iki ay əvvəl qonşuluqda yaşayan Namiq adlı şəxsin bıçaqlandığını görüb və bu haqda tez onun anasına xəbər verib. Az sonra Namiq keçinib. Hadisəni araşdıran polis onu şahid qismində ifadə vermək üçün şöbəyə aparıb. Lakin şöbəyəşahid qismində dəvət olunsa da, polislər ona qətli öz üzərinə götürməyi tələb ediblər. Törətmədiyi cinayəti boynuna götürməməsi R.Abbasova baha başa gəlib: “Saatlarla məni döydülər, başıma, ayaqlarıma, əllərimə dubinka ilə vurdular. Məcbur edirdilər ki, Namiqin qətlini boynuma alım, ifadəyə qol çəkim. Yaxşı ki, həmin gün günortadan sonra qatillər tapıldı, bundan sonra polislər məndən əl çəkdilər”.

Polis Şöbəsini tərk edərkən R.Abbasova birbaşa evə getməyi və heç yana şikayət etməməyi məsləhət görüblər. Amma yarımcan vəziyyətdə olan Sumqayıt sakini şöbədən çıxaraq xəstəxanaya üz tutub: “Bu günə kimi də əllərimdə hissiyyat yoxdur, sol əlim tamamilə işləmir. Bədənimdəki sınıqlar hələ də aqrayır. Daxili oraqanlarım sıradan çıxıb. Bir sözlə, əlil günündəyəm”.

R.Abbasovun yaxınları onun polisdə döyülməsi ilə bağlı DIN-in “102″ xidmətinəşikayət ediblər. DIN-in Daxili Təhqiqatlar Idarəsindən cavab verilib ki, şikayətdəgöstərilən xüsusuatlar araşdırılıb, amma təsdiqini tapmayıb.

Sumqayıt prokurorluğundan da anoloji cavab verilib. Bildirilib ki, R.Abbasovun 1 saylı polis bölməsində döyülməsi ilə bağlı yazdığı ərizəsi araşdırılıb, təsdiqini tapmayıb.

Aradan iki aydan artıq vaxt keçməsinə baxmayaraq R.Abbasov hələ də müalicəolunduğunu deyir. Sumqayıt sakini ona işgəncə verən şəxslərin cəzalandırılmasını istəyir.

R.Abbasov baş prokurora, daxili işlər nazirinə və ölkə başçısına müraciət edib. O, daxili işlər naziri Ramil Usubovdan xahiş edir ki, heç bir günahı olmayan vətəndaşa polisdə bu cür amansız işgəncələr verilməsi Azərbaycan polisinin adına ləkədir vənazir günahkarları cəzalandırmalıdır. “Mənim günahım nə idi? Şahidi olduğum cinayət hadisəsi haqda xəbər vermək? Mənim başıma gətirilənlərdən sonra hansı vətəndaş şahidi olduğu cinayət hadisəsi haqda xəbər verər?”,- deyə işgəncələrdən sağlamlığını itirmiş vətəndaş deyir.

R.Abbasov bildirib ki, ona işgəncə verənlər cəzalandırılmayana qədər ölkə rəhbərliyinəmüraciətlərini davam etdirəcək./virtualaz/


534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı