18 May 2016
Vəli Ələsgərov barədə tükürpədən müraciət: “…şəxsən işgəncə verir, təhqir edirdi”

“Mən Ağasiyev Nizami 01 oktyabr 1999-cu ildə gizir qismində Azərbaycan Respublikası Silahlı qüvvələrində kəşfiyyatçı kimi həqiqi hərbi xidmətə başlamışam. Ağdam, Tər-tər və bir sıra cəbhə bölgələrində döyüşlərdə iştirak etmişəm. 20-dən çox döyüş tapşırığı yerinə yetirmişəm. Döyüş tapşırıqları zamanı erməni əsir götürmüş və hərbçi yoldaşlarımı mühasirədən çıxarmışam.
02 sentyabr 2015-ci il tarixədək həqiqi hərbi xidmət keçmişəm. Hazırda heç bir yerdə işləmirəm.
Xidmət etdiyim dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları, qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla, Fəxri fərmanlarla və pul mükafatları ilə təltif olunmuşam. 2015-ci ilin sentyabr ayında Naxçıvan MR MTN-in rəhbərliyi tərəfindən mənə qarşı edilən haqsızlıq və qanunsuzluq barədə məlumat verərək xahiş edirəm ki, bunu işıqlandırasınız.
2015-ci ilin sentyabr ayında yaşadığım evin qarşısında bir neçə nəfər şəxs arxadan, boyun nahiyəmdən yapışaraq sıxmağa başladı. Məni boğan şəxs bildirdi ki, “mən Naxçıvan MTN-in əməkdaşıyam. Səni MTN-ə aparmağa gəlmişik”. Mən müqavimət göstərmədim, onların dedikləri ilə razılaşdım. Buna baxmayaraq MTN əməkdaşları məni döyüb, təhqir edib, qollarımı qandalla bağlayıb, başıma qara torba keçirib maşının arxa hissəsinə oturtdular. Həmin şəxslər başımdan qara torbanı çıxaranda bildim ki, məni Naxçıvan MR MTN-nin binasına gətiriblər. Onlar Naxçıvan MR keçmiş MT naziri Vəli Ələsgərovun adamları idi. Sonra stola boş vərəq və qələm qoyub məni döyməyə başladılar və dedilər ki, guya mən İŞID terrorçu təşkilatına məlumatlar ötürürəm və vəhhabilərlə tanışlığın var. Mən isə onlara bildirdim ki, öldürsəniz də belə izahat yazmağacağam. Çunki deyilənlərin hamışı yalandır, mənim terror təşkilatı ilə heç bir əlaqəm yoxdur. Həmin şəxslər yenə məni döydülər və dedilər ki, onların dediyini yazıb imza atmasam, ailəmi gətirib alçaldacaqlar. Mən həmin şəxslərin ailəmi MTN binasına gətirəcəklərindən qorxaraq, onlara heç bir söz deməyib susmağa başladım.
Məni sabiq nazir Vəli Ələsgərovun tapşırığı və göstərişi ilə iki gün MTN-in təcridxanasında saxladılar. Təcridxanada qaldığım müddətdə başıma qara torba keçirirdilər, qollarımı isə qandalla bağlayırdılar, tanımadığım bir şəxs mənə işgəncələr verərək döyürdü və qeyri-insani hərəkətlər edərək, ləyaqətimi alçaldırdı. Sabiq nazir Vəli Ələsgərovun göstərişi ilə başıma torba keçirib qolumu bağlamışdılar ki, onun üzünü görməyim. Orada olduğum müddətdə V.Ələsgərov mənə və ailəmə hədə-qorxu gələrək, işgəncələr verir və şərəf və ləyaqətimi alçaldaraq məni şəxsən təhqir edirdi.
Qanunsuz olaraq təcridxanada saxlandığım müddətdə hüquqlarımı qorumaq üçün müdafiəçi tələb edirdim. Lakin məni müdafiəçi ilə təmin etmədilər. Üstəlik, saxlandığım barədə xidmət etdiyim hərbi hissəyə, ailə üzvlərimə və yaxınlarıma heç bir məlumat verilmədi. Bu səbəbdən iş yerimdəki komandirlər, ailə üzvlərim mənim haqqımda məlumat almadıqları üçün axtarışa vermişdilər.
Saxlandığım müddətdə mənim tutulmam barədə protokol yazılmamış, prokurorluq bu barədə məlumatlandırılmamış, sənədləşmələr aparılmamışdı. Həmin vaxt Vəli Ələsgərov tərəfindən istifadədə olan mobil nömrəm dinlənilmiş, mobil telefonumda gedən danışıqlar gizli qaydada ələ keçirilmişdir. Çünki V.Ələsgərov təcridxanada, həmçinin məni döyərkən mobil telefonla danışıqlarımdan sitatlar gətirirdi, dediyi sözləri həqiqətən telefonda cümlə-cümlə danışmışdım.
Bildiyimə görə, təhqiqat sirri olmasına baxmayaraq, mən MTN təcridxanasından buraxıldıqdan sonra Vəli Ələsgərov bu sirri yayaraq mənim barəmdə iş yerimə və ailə üzvlərimə şərəf və ləyaqətimi alçaldan, nüfuzdan salan yalan məlumatlar vermişdi. Həmin vaxt mən dəfələrlə Vəli Ələsgərovdan tələb etdim ki, mənim barəmdə qanuni sənədləşmə aparılsın, vəkillə təmin olunmam üçün tədbir görülsün, barəmdə olan təhqiqat materialları aidiyyatı üzrə göndərilsin. Ancaq buna baxmayaraq V.Ələsgərov yenidən şərəf və ləyaqətimi alçaldaraq, məni qorxudaraq, hər hansı bir cinayət əməlini etmədiyim halda, “həmin əməli etdiyimi” etiraf etməyə məcbur etməklə, məni fiziki işgəncələrə, təzyiqlərə məruz qoydu. Butun bunların nəticəsizndə fiziki travmalar aldım, mənəvi sarsıntı keçirdim, ailəm dağıldı. Vəli Ələsgərov xidmət yerimə və ailəmə mənim güya “İŞID üzvü və vəhhabi olmağım barədə” yalan və uydurma məlumatlar verərək, xidmətdən uzaqlaşdırılmağıma bais oldu.
Vəli Ələsgərov mənim kimi vətənə sədaqətli şəxslərə və başqa hərbi qulluqçulara şər və böhtan atmaqla onları işdən və cəmiyyətdən təcrid etmişdir. Mən hər zaman vətəni qorumağa hazıram. Lakin Vəli kimi adam mənim xidmətimə son verilməsinə səbəb oldu. Zaman da göstərdi ki, Vəli Ələsgərov özü xəyanət içərisindədir. Onun uydurmaları nəticəsində həyatım alt-üst olub, uşaqlarım himayəsiz qalıb.
Sonda bildirmək istəyirəm ki, mənim üzləşdiyim haqsızlıq 15 il Naxçıvan MR milli təhlükəsizlik naziri vəzifəsində işləmiş Vəli Ələsgərovun yüzlərlə qanunsuz əməllərindən biridir”./azadlıq/
25.04.18, 16:20
Atatürk də gəlsə, ona xalqdan səs ala bilməz - Altaylı 25.04.18, 16:15
Əlcəzairdə İsrail casusuna edam hökmü oxundu 25.04.18, 16:12
Votsapdan şok yenilik:16 yaşdan aşağı... 25.04.18, 16:10
Fransa Ərəbistanın Yəməndə toy mərasimini bombalamasını pislədi 25.04.18, 16:07
Ərəbistanın vəhşiliyi BMT-ni dilə gətirdi 25.04.18, 11:00
Formula-1-ə görə millətin başına hələ çox oyunlar gələcək 25.04.18, 10:50
Alpinistlərin itkin düşməsindən 4 ay ötdü 25.04.18, 10:45
İrandan ərəb ölkələrinə sürpriz təklif 25.04.18, 10:43
ABŞ kəşfiyyatına general rəhbər gətirildi 25.04.18, 10:16
Balakəndə 62 yaşlı kişi intihar edib. 25.04.18, 09:56
43 min işçisi olan şirkət Azərbaycanı tərk edir 25.04.18, 09:45
Meksikada tələbələri öldürüb turşuda əritdilər 25.04.18, 09:35
Hansı qidalar qanda xolesterinin səviyyəsini aşağı salır? 25.04.18, 09:06
Bu gün "Bavariya" və "Real Madrid" komandaları qarşılaşacaq 25.04.18, 07:38
Şəkər sinir sistemini sıradan çıxarır - Araşdırma 25.04.18, 07:36
Rusiya Suriyada naməlum uçan aparatları vurdu 25.04.18, 07:35
İrana gedən azərbaycanlıların sayı artıb - Statistika 25.04.18, 07:28
25 apreldə gözlənilən hava şəraiti 24.04.18, 23:43
Bütün ölkə hakim ailənin “iqra” həvəsinin əsirinə çevrilib 24.04.18, 20:00
İraq qırıcıları İŞİD-i bombaladı 24.04.18, 19:55
Vəhabilər fəsadlı təfəkkürü Əlcəzairə gətirdilər 24.04.18, 14:57
Husilərin Səudiyyədən qisası gecikmədi - VİDEO 24.04.18, 14:35
Başımıza gələn nazir 24.04.18, 14:26
Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq... 24.04.18, 11:16
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad Səudiyyə rejiminin hava hücumunda şəhid oldu: 3 günlük matəm elan edildi 24.04.18, 11:10
Eldar Mahmudov ifadə verəcək 24.04.18, 11:00
Bu məhsullar ömrü uzadır. Siyahı 24.04.18, 10:21
Çempionlar Liqası, yarımfinal: Liverpul - Roma 24.04.18, 10:20
Bakı metrosu yenə qarışdı - Vaqonlar boşaldıldı 24.04.18, 10:17
Türkiyədə dəhşətli zəlzələ - 13 yaralı 24.04.18, 09:30
Daha iki vəkilin fəaliyyəti dayandırıldı 24.04.18, 09:24
Kreml: “İranla nüvə sazişinə alternativ yoxdur” 24.04.18, 08:37
Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı - Hər gecə dava düşür+VİDEO 24.04.18, 08:21
Ərdoğana ilginc şərt: Dövləti bizə təslim edin 24.04.18, 08:19
Torontoda mikroavtobus kütləyə çırpıldı: ölənlər var 24.04.18, 08:17
Dar geyinməyin qorxunc təsirləri 24.04.18, 08:12
24 apreldə gözlənilən hava şəraiti 23.04.18, 17:11
Hizbullah lideri: “İsrail rejiminin bütün nöqtələlərini hədəfə alacaq silahlarımız var” 23.04.18, 15:56
DƏHŞƏT - 87 YAŞLI QOCA NƏNƏ ZİBİLLİKDƏ... - VİDEO 23.04.18, 15:08
Yəmənli qadın təsbih deyən halda şəhid oldu - Foto 23.04.18, 15:06
Ərdoğan uduzur: Türkiyənin siyasi sistemi çalxalanır 23.04.18, 15:02
Almaniyadan qərar: Ərdoğana icazə verilməyəcək! 23.04.18, 11:24
Rusiya şəhərində “Mən hicabı sevirəm” aksiyası keçirildi - FOTO 23.04.18, 11:18
Şoyqu 7 nazirlə görüş üçün Pekinə getdi 23.04.18, 11:07
VƏTƏNDAŞI ÖLÜM HƏDDİNƏ KİMLƏR ÇATDIRIB? - VİDEO 23.04.18, 10:19
Hüseyn Abdullayevi Türkiyәdә tutub Azərbaycana gətirdilәr 23.04.18, 10:14
Bakıda kütləvi dava: kişi öz əmisini bıçaqlayıb 23.04.18, 10:13
Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb 23.04.18, 10:02
Ərdoğanın ən böyük rəqibi ortaya çıxdı – İddia 23.04.18, 10:00
ABŞ-Rusiya gərginliyi artır: Növbəti zərbə daha ağır olacaq 23.04.18, 09:57
ABŞ uzaqgörənlikdən məhrum olub - Zərif 23.04.18, 09:56
ABŞ-da daha bir qanlı olay: 4 nəfər güllələndi 23.04.18, 09:54
Ərəbistana ballistik raketlər atıldı 23.04.18, 09:52
Kreslodan qoparılan Abid Şərifovun səhhəti pisləşdi – Təcili 22.04.18, 19:34
İşğalçı israilli hərbçidən şok: Uşaqları da öldürün! 22.04.18, 19:30
İraq qırıcıları Suriyada İŞİD terrorçularını vurdu 22.04.18, 16:52
Zərif: Nüvə proqramı daha sürətli tempdə bərpa olunacaq 22.04.18, 16:50
Türkiyədə dəhşətli qəza: 10 əsgər yaralandı 22.04.18, 16:49
Bakı metrosunda dəhşət: qadın özünü qatarın altına atdı 22.04.18, 16:45
MƏN RƏSULİ-ƏKRƏMİN (S) OĞLUYAM - VİDEO 22.04.18, 11:22
ÜRƏKDAĞLAYAN SƏHNƏ - VİDEO 22.04.18, 11:06
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var 22.04.18, 09:02
Türkiyədə seçkilərə görə 3 partiya birləşdi 22.04.18, 08:54
Zaxarova: Onlar Suriyaya getdi, hesabat hazırlanacaq 22.04.18, 08:53
Mahmud Abbasdan Qüds mesajı: İcazə verməyəcəyik 22.04.18, 08:50
BMT-dən tələb: İsrail əsgərlərinə nəzarət et 22.04.18, 08:48
Azərbaycanda güclü yağış: nəqliyyat iflic oldu - Foto 22.04.18, 08:27
Ər-Riyadda atışma: Kral təxliyə edildi, çevriliş iddiası - Video 22.04.18, 08:18
22 apreldə gözlənilən hava şəraiti 21.04.18, 22:39
Suriyada 2300 terrorçu Qələmun şəhərindən çıxdı 21.04.18, 22:37
Suriya ordusu Yərmuk düşərgəsini İŞİD-dən azad etmək ərəfəsində 21.04.18, 21:11
Ruhani: ABŞ-ın geri addım atmasına hazırıq 21.04.18, 17:37
General Salami: Dostları gələnə qədər İsrail məhv olacaq 21.04.18, 17:02
Ərəbistan və BƏƏ Yəmənin neftini qarət edir 21.04.18, 16:51
Azərbaycanda iki gənc idmançı itkin düşdü -FOTOLAR 21.04.18, 16:48
İran yenidən nüvə fəaliyyətinə başlaya bilər 21.04.18, 15:32
Ukrayna: Krımı geri qaytarmaq gücündə deyilik 21.04.18, 15:30
Bakıda maskalı şəxslər evə basqın etdi 21.04.18, 10:27
Şimali Koreya nüvə sınaqlarından imtina etdi 21.04.18, 08:40
Ağdamdan olan məcburi köçkün İsmayıllıda özünü öldürmək istədi 21.04.18, 08:02
Yəməndə hava zərbələri nəticəsində 20 dinc sakin şəhid olub 21.04.18, 07:53
Dumada yeni kimyəvi maddələr tapıldı - Rodionov 21.04.18, 07:49
Xərçəngi məhv edən daha bir vasitə tapıldı – İnsanlığın xilası 21.04.18, 07:43
Hicablı qadın vətəndaşlıqdan çıxarıldı - Biabırçı səbəb