Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

Daha bir adam oğurluğu - Girov götürdülər

Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən “VAZ-2106” markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.

M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı./apa/
489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP