Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

Netanyahunun ərəb əmioğlusu şiələr haqqında xoşagəlməz ifadələr işlədib

Dubay polisinin rəis müavini Zahi Xəlfan Təmim (Dhahi Khalfan Tamim) öz twitter səhifəsində Yəmən Ənsarullahının İmam Zamanın (əc) zühuru haqqında yazdığı rəvayətlərə bir iddia kimi baxmasını yazmaqla yanaşı artırıb: “Hüsilər (Yəmən) narkotika qəbul edəndən sonra sosial şəbəkələrdə İmam Mehdidən söhbətə başlayır”
Dubay polis müavini bütün islami məzhəblərin qəbul etdiyi Həzrət Məhdinin (əc) zuhuru haqqında inancı hədəfə almaqla qırmızı xətləri keçib və bu məsələni lağa qoyub.
Zahi Xəlfan tarixən imperializm və sionizmə düşmən olan ixvançıları da hədəfə alıb. O deyib: “Masonların bu günə qədər ərəb dünyasında yaratdığı ən təhlükəli qrup İxvandır. Nə qədər ki ixvan var, ərəblər birləşməyəcək. Allah bu şər qardaşlarına xeyir verməsin”.
Bir müddət öncə “Mən Netanyahu ilə əmioğluyam” deyən Zahi Xəlfan İsrail, İŞİD barədə susur, amma İxvanı İsrail və İŞİD-lə əlqəsinıə görə vurur. Maraqlı nöqtə budur ki, imperializm və sionizm özünə müxalif bütün məktəblərin saxta qanadını yaradır. İŞİD sünni məzhəbinin, London şiələri şiə məzhəbinin Amerika və İsrailə xidmət edən qanadıdır. İxvanın da belə bir qanadı var – İsrailə işləyən İxvan. Zahi Xəlfan London şiələrinin ləkəsini həqiqi şiələrə, İŞİD-in ləkəsini sünni məktəbinə, işidçi-ixvannümaların ləkəsini İxvana yaxır.
458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18: