Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

ABŞ Səudiyyənin təhdidinə məhəl qoymadı –Qanun layihəsi qəbul olundu

ABŞ Senatı 11 sentyabr hadisələri zamanı həlak olanların yaxınlarının Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmağa imkan verən qanun layihəsini təsdiqləyib.

ABŞ və Səudiyyə Ərəbistanı əlaqələrinin pisləşməsinə səbəb olan qanun layihəsinə görə 11 sentyabr hadisələri zamanı həlak olanların yaxınları Səudiyyə Ərəbistanına qarşı iddia qaldıra və təzminat tələb edə biləcəklər.

Senatda keçirilən səsvermə zamanı səsvermədə iştirak edənlərin hamısı bir demokrat və bir respublikaçı senator tərəfindən hazırlanan qanun layihəsinin lehinə səs veriblər.

Layihə həmçinin 11 sentyabr hücumlarında ölən şəxslərin ailələrinə hücumlarda Səudiyyə rəhbərlərinin rolu ola biləcəyi səbəbiylə ABŞ məhkəmələrində iddia aça bilmək hüququ tanıyır.

ABŞ-da 1976-cı ildə qəbul olunan bir qanın, başqa ölkələr haqqında Amerika məhkəmələrində iddia qaldırılmasına mane olurdu.

Senatdan bu gün keçən qanun layihəsi, 1976-cı ildə qəbul olunmuş qanunun məsələylə bağlı hissəsində istisnalar edilməsinə imkan verir.
463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber