Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək:63 illik hesablaşma

İran ABŞ-dan təzminat tələb edəcək

İran prezidenti Həsən Ruhani ABŞ-i 10 ittiham maddəsiylə beynəlxalq məhkəməyə verəcək.

Ölkə parlamentinin dünən qəbul etdiyi qanun bunu zəruri hala gətirib.

Həsən Ruhaninin üzərinə qoyulan bu məsuliyyət yükü 1953-cü ildən bu günə qədər dövrü əhatə edəcək. Prezidentdən tələb olunur ki, 63 illik bu dövr ərzində İran xalqı və dövlətinə vurduğu maddi, mənəvi ziyanı ABŞ-a ödətdirmək üçün hüquqi yola baş vursun.

10 başlıq altında toplanan ittihamların ilki 1953-cü ilin 19 avqustunda demokratik seçkiylə hakimiyyətə gələn İran baş naziri Məhəmməd Müsaddiqin devrilməsində və bu zaman yaşanan can və mal itkisində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) roluyla bağlıdır. Ən ağır ittiham isə İran-İraq müharibəsi zamanı yaşanan dağıntılardan və can itkisindən Səddam Hüseynə yardım edən ABŞ-ın məsuliyyətli tutulmasıdır. Qətnamə mətnində bu müharibə zamanı 223 min iranlının öldürüldüyü, 600 mindən çox vətəndaşın isə əlil qaldığı irəli sürülür və ABŞ-dan zərərçəkənlər üçün təzminat ödəməsi tələb olunur.

Qanunda, həmçinin, Xarici İşlər Nazirliyinin hər altı aydan bir parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ilə Hüquq və Mühakimə Komissiyasına mövzuyla əlaqədar hesabat təqdim etməsinin zəruriliyi vurğulanır./strateg/
445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11