Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

“Bir gün sıra sizlərə də çatacaq”

AXCP sədri Əli Kərimli siyasi rejimin cəza aparatı kimi çıxış edənlərə çağırış ünvanlayıb. Feysbuk səhifəsində paylaşdığı yazıda partiya sədri “işgəncə maşınının vintləri” dediyi adamlara səslənərək, onları cəzasız qalmayacaqlarına əmin edir:

Ey işgəncə maşınının vintləri, sizlər Hacı Məmmədovun, İlqar Əliyevin, Akif Çovdarovun, Vəli Ələsgərovun taleyindən heçmi nəticə çıxarmadınız? Anlamadınızmı ki, siz bu cinayətkar əməllərinizlə vətəndaşlarımızı öz dövlətinə küsdürməklə dövlətçiliyimizi məhv edirsiniz? Anlamadınızmı ki, bir gün sıra sizlərə də çatacaq, xidmət etdiyiniz cinayətkar mexanizm özünü qorumaq naminə sizləri də ayaqlarının altına atıb, məhv edəcək? Bilmirsinizmi ki, o zaman sizlərin məhv edilməyinizə görə kimsə acımayacaq, müəmmalı şəkildə məhvinizdən sonra o dünyaya da özünüzlə yalnız lənət aparacaqsınız, arxanızca bir nəfər rəhmət oxuyan da tapılmayacaq? Sizləri əmin edirəm, cinayətləriniz bağlı qalmayacaq və övladlarınız, doğmalarınız ömürləri boyu sizin xəcalətinizi çəkəcəklər!
558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber