Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

Demirtaş: “Ərdoğan buna peşman olacaq”

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş prezident Rəcəb Tayyib Ərdoğanı hədələyib.

Kürd siyasətçi İngiltərənin “Guardian” qəzetinə müsahibəsində millət vəkillərinin toxunulmazlığının ləğv edilməsini və mümkün həbsini şərh edib.

“Ərdoğan məni həbsə salmaq üçün hər şeyi edəcək. Bilirəm ki, həbsdə ikən daha təsirli olacağam. Ərdoğan məni həbs etdirdiyinə peşman olacaq”, - Demirtaş deyib.

Onun sözlərinə görə, toxunulmazlığın ləğvindən sonra HDP-li millət vəkilləri həbs olunarsa, partiyanı dəstəkləyənlərin demokratik siyasətə olan inamı itəcək.

“Kürdlər bu qədər təzyiq altında ikən sülhdən danışmaq çətindir. Bizə səs verənlərin çoxu bunu sülh ümidi ilə etdilər”, - HDP-nin həmsədri söyləyib.
563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP