Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Qulaqcıqların zərərləri

Hər yaşdan olan insanların, xüsusən gənclərin ən yaxşı dostu, eləcə də düşməni qulaqcıqlardır. İlk baxışdan ziyansız görünən qulaqcıqlar əslində qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olur. Alimlər xəbərdarlıq edirlər ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqi sevənlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər. Hər qulağın ölçüsünə uyğun qulaqcıq olmalıdır. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşya imiş kimi qulaqlıqsız evdən kənara belə çıxmırlar. Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır. Həkimlər bildirir ki, yüksək səslə nəyisə dinləmək qulaqları hədsiz zədələyir. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. Qulaqcıqlar həm mexaniki narahatçılıq, həm də sağlamlıq baxımından ziyanlıdır, odur ki, istifadə olunmaması məsləhət görülür.
1689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 0