Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

Daha bir təyyarə radarlardan yoxa çıxdı

Misirin “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin Parisdən Qahirəyə uçarkən Aralıq dənizin üzərində qəzaya uğraması ehtimal olunur.

Bu barədə şirkətin və Misir vətəndaş aviasiyası nazirliyinin nümayəndələri bildirib. Misirin “Ahram” qəzeti xəbər verir ki, təyyarə SOS siqnalı verməyib. Sonuncu dəfə ekipaj təyyarə radarlardan itmədən 10 dəqiqə öncə rabitəyə çıxıb.

Təyyarənin axtarılması üçün xilasetmə qrupu göndərilib. Təyyarənin göyərtəsində Misir, Fransa, İraq, Böyük Britaniya, Belçika, Səudiyyə Ərəbistanı, Küveyt, Sudan, Çad, Portuqaliya, Əlcəzair, Kanada vətəndaşları olub.

Təyyarənin 11 min metr yüksəklikdə radarlarda itdiyi bildirilir.
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber