Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

Vəkil gənclərə işgəncə verilməsi məsələsi ilə bağlı DİN-ə müraciət etdi

Mayın 10-da həbs edilən gənc fəal Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun işgəncələrə məruz qalması ilə bağlı məlumatlar var. Bu barədə hər iki gəncin vəkili Elçin Sadıqov məlumat yayıb.

Musavat.com-un məlumatına görə, Elçin Sadıqov gənclərin fiziki təzyiqlərə 12-ci polis bölməsində, Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) və Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində məruz qaldıqlarını deyib.

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov fiziki təzyiqlərə məruz qalması, polisə aparılarkən bölmədə döyülməsi ilə bağlı izahat yazaraq vəkili Elçin Sadıqova təqdim edib. Gənc fəal izahatında bildirir ki, o, 12-ci polis bölməsində və BŞBPİ-də döyülüb və bədənində xəsarət izləri var. Vəkil E.Sadıqov B.Məmmədovun ayaqlarında və biləklərində qandal izlərinin olduğunu və bədəninin müxtəlif nahiyələrində zədə izlərinin olduğunu qeyd edib.

Vəkil gənclərin fiziki təzyiqlərə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etdiklərini bildirdi.

Qeyd edək ki, hər iki gənc şərlənərək narkotik maddələrin dövriyyəsində təqsirləndirilərək may ayının 10-da həbs edilib.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17