Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

"Hizbullah" ilə Suriya ordusu "Nusra Cəbhəsi"nə ağır zərbə endirdi

Suriya ordusu livanlı müttəfiqləri ilə birlikdə Sərqayə kəndindəki “Nusra Cəbhəsi” terror təşkilatının müdafiə zolağını yarıb və Sərqayə yaxınlığında, Cərud Cərir və Cərud Qarah sərhəd-keçid məntəqəsindəki terrorçu mövqeləri hədəfə alınıb. Sərqayə 4 aylıq atəşkəs sazişinə daxil olan Zəbədani bölgəsinin şimalında yerləşir. “Nusra Cəbhəsi” və müttəfiqləri isə atəşkəs rejimindən sui-istifadə etməyə çalışır. Suriya-Livan sərhədinin yaxınlığında ötən həftə baş verən hadisələr Suriya qoşunları və “Hizbullah” döyüşçülərinin Qərbi Qutada terrorçuları mühasiyərə alması ilə başa çatıb. "Suriya hökumət qüvvələri Dəra və Mədhəmiyyə bölgələrində terror qruplarının kommunikasiya xətlərini kəsib və bu strateji regionda yaraqlı qruplar tam blokadaya düşüb", deyə mənbələr bildirib. Mənbələr sözügedən bölgələrdə terrorçu qruplar tərəfindən açılan atəşə hökumət qüvvələrinin cavab zərbəsi endirdiyini də əlavə edib./Eastnews/
613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber