Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

''Taleh Bağırzadə və digərlərinin işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir''

Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək

“Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin və digər 20 nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.

Bu barədə apa-ya məlumat verən T. Bağırzadənin vəkili Elçin Sadıqov bildirib ki, istintaq orqanı tərəfindən T. Bağırova qarşı yeni məzmunda yekun ittiham aktı elan edilib. Vəkil T. Bağırzadəyə qarşı yeni ittihamların irəli sürüldüyünü də bildirib, lakin ittihamlar barədə məlumat verməyib. O, cinayət işi üzrə ibtidai istintaqın yaxın günlərdə yekunlaşacağını bildirib. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber