Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Pan Gi-Mun: “İranın iştirakı mühüm rol oynaya bilər”

İranın Suriyaya dair «Cenevrə-2» sülh konfransında iştirakı mühüm rol oynaya bilər. Bunu BMT-nin Baş katibi Pan Gi-Mun, Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.

Pan Gi-Mun bildirib ki, hələ konfransda iştirakı təsdiqlənməyən İran regionda mühüm bir qüvvə olduğu üçün, onun iştirakı əhəmiyyətli ola bilər: «Məntiqli və realist olsaq, «Cenevrə-2» konfransında iştirak edəcək bütün tərəflərin konfransda əldə olunan nəticəyə bağlı qala bilmələri və bu nəticənin edilməsinin təsirli olması üçün İranın da bu görüşün bir parçası olması vacibdir».

Pan Gi-Mun BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Lahdar Brahiminin də İran dəvət edilməli olduğunu dəfələrlə vurğuladığını xatırladıb.

«Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvləri arasında bu məsələdə bəzi fikir ayrılıqları var» - deyə, baş katib bildirib. /ans/
1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...