Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2016

Ər keçmiş həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqladı

Bakının Xəzər rayonunda ər keçmiş arvadını bıçaqlayıb. İnsident ötən gün Binə qəsəbəsində yerləşən məktəbin həyətində baş verib.

Ruziyyə Babacan qızı Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində yaxalayaraq istintaqa təhvil veriblər./apa/
440 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...