Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2016

Fransada aksiyalara 400 minədək etirazçı qatılıb

Ötən gün Fransada müxtəlif şəhərlərində əmək qanunvericiliyinin islahatlaşdırılmasına qarşı təşkil olunmuş etiraz aksiyalarında, ümumilikdə, 400 minədək etirazçı iştirak edib.

Bu barədə “Frans Press”ə yerli həmkarlar ittifaqlarından bildirilib. Polis aksiyalara 128 minədək etirazçının qatıldığını iddia edir.

Qeyd edək ki, Fransanın bütün ərazisini əhatə etmiş etiraz aksiyaları iki aydır ki davam edir.

Qeyd edək ki, ən izdihamlı etiraz aksiyası paytaxt Parisdə qeydə alınıb. Polisin məlumatına görə, bu yürüşdə 13-14 min etirazçı iştirak edib. Təşkilatçılar isə yürüşə 100 minədək etirazçının qatıldığını bildirib.

Ənənəvi olaraq, aksiyalar iğtişaşlarsız ötüşməyib. Belə ki, aqressiv əhval-ruhiyyəli gənclər bankların, mağazaların və sığorta şirkətlərinin şüşələrini qırıb, polis əməkdaşlarını daş-qalaq ediblər. Asayiş keşikçiləri isə öz növbələrində gözyaşardıcı qazdan istifadə edib.

Kütləvi iğtişaşlar zamanı Parisdə 18, Rennedə 5, Marseldə 4, Kannada 3, Lion və Nantedə 2 nəfər saxlanılıb./apa/
478 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber