Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

“Gedin Rövnəq sizə qaz versin…”

Havalar soyuyandan sonra əhalinin qaza və digər yanacaqlara olan ehtiyacı artıb. Bu təbiidir. Lakin hər il olduğu kimi bu ildə soyuqlar düşdükdən sonra «Azəriqaz»ın fəaliyyətində ciddi dayanmalar və digər nöqsanlar üzə çıxır. Xüsusən Bakının və Abşeronunun kəndlərində acınacaqlı vəziyyət yaranıb.

Bir qrup Binəqədi rayon Xocahəsən və Sulutəpə yaşayış məntəqələri sakinləri şikayətlə müraciət ediblər. Şikayət həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Gliyevə və ARDNŞ prezidenti Rövnəq Abdullayevə ünvanlanıb. Şikayətçilər bildirirlər ki, şəxsən Binəqədi Qaz İdarəsinin müdiri Orduxan Həsənəliyev və həmin idarəninin Xocahəsən və Sulutəpə yaşayış məntəqələri üzrə sahə rəisi Arzu Musayev vətəndaşlara açıq şəkildə zülm edirlər. Vətəndaşlara olunan bu zülmün tək məqsədi isə müxtəlif maxinasiyalar vastiəsi ilə daha qazanc əldə etməkdir.

Şikayətçilər bildirir ki, Orduxan Həsənəliyevin tapşırığı və razılığı ilə Xocahəsən və Sulutəpə yaşayış məntəqələri üzrə sahə rəisi Arzu Musayev abonentlərin qazlarını kəsərək yaxınlıqdakı çörək zavoduna verirlər. Böyüklü-kiçikli, kişili-qadınlı Xocahəsən və Sulutəpə sakinləri isə soyuqdan donmağa məhkum olurlar. Çünki istər Orduxan Həsənəliyev, istərsə də, Arzu Musayev çörək zavodundan əlavə pul alırlar və buna görədə Xocahəsən və Sulutəpə sakinlərini donmağa məhkum edirlər.

Şikayətdə bildirildiyinə görə bu hələ hamısı deyil. Belə ki, Orduxan Həsənəliyev və Arzu Musayev əlbir olaraq hər iki-üç gündən bir yaşayış məntəqələrinin müxtəlif yerlərində qaz borularının təmir işlərini aparırlar. Hansı ki, həmin boruların təmirə ehtiyacı yoxdur. Məqsəd isə abonentlərdən kəsib çörək zavoduna verdikləri qazın pulunu abonentlərdən ikincidəfə almaqdır. Sakinlərin bildirdiyinə görə təmirə saxlanıldığı üçün borulardakı qaz boşaldılır. Təmirdən soonra isə qaz borularına sadəcə hava vurulur. Nəticədə isə qaz olmasa belə abonentlərin sayğacı təzyiq nəticəsində işləyir və daha sonra Arzu Musayev soyuqdan donan sakinlərdən yandırmadıqqları qazın pulunu tələb edir. Əks təqdirdə aboonentləri qazı kəsməklə hədələyirlər. Yəni faktiki olaraq Orduxan Həsənəliyev və Arzu Musayev həm «havadan» hər ay külli miqdarda pul qazanırlar, həm də sərf olunan qazın pulunu dövlətə köçürürlər. Üstəlik təmir adı altında da külli-miqdarda pul silməyəi də unutmurlar. Bu məsələləri aydınlaşdırmaq üçün Orduxan müəllimə müraciət edən bir neçə şikayətçinin arzusu gözündə qalıb. Sözləri düz gəlməyən şikayətçilər və Orduxan müəllim söz savaşına çıxıblar. Şikayətçilər ARDNŞ prezidenti Rövnəq Abdullayevə şikayət edəcəklərini deyəndə,Orduxan müəllimin reaksiyası daha sərt olub:”Rövnək kimdi ki,məndən ona şikayət edirsiniz.Gedin Rövnəq sizə qaz versin…”

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…/azerinfo/
1779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı