Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2016

ŞÖBƏ MÜDİRİNƏ AĞIR İTTİHAMLAR - “5000 şəxsə saxta iş stajı təyin edib” – FOTO

Bir qrup Göyçay rayon sakini Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovla bağlı şikayət məktubu göndərib. Məktubda Kamran Xəlilova qarşı bir sıra ciddi ittihamar irəli sürülüb.

Belə ki, rayon sakinlərinin iddiasına görə, Kamran Xəlilov vaxtilə ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilib. Ancaq buna baxmayaraq, onu Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri kimi yüksək vəzifəyə təyin ediblər: “Bunun da bir səbəbi onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır”.

Məktubda qeyd edilir ki, Kamran Xəlilov dövlət vəsaitini göyə sovurur: “2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov, “hörmət” hesabına çoxlu sayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib, dövlətə küllü miqdarda zərər vurub. Belə ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi, saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb, saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir.Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa, həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq, bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayır, məhkəmədə “qanuniləşdirir” və külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var”.

1ka

Məktubda daha sonra qeyd edilir ki, Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib: “Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da, bələdiyyə sədri ilə əlbir olub, oranı qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu, general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun”.

Məktub müəlifləri mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, nazir Səlim Müslümova, Hesablama Palatasına müraciət edərək, qeyd olunan fakların obyektiv araşdırılıb, Kamran Xəlilovun barəsində ciddi tədbir görülməsini xahiş edirlər.

Məktub Göyçay rayon sakinləri Seyidov Azər Əliəjdər oğlu, Babayev Pünhan Hamlet oğlu və Qasımov Sahib Dadaş oğlu və digərləri tərəfindən yazılıb.

Məktubda göstərilənlərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun da mövqeyini işıqlandırmağa hazırıq./azpolitika/

1ka2ka3ka

487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03