Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2016

Türkiyədə deputatların toxunulmazlığı ləğv olundu

Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin toxunulmazlığının ləğvi barədə Konstitusiya dəyişikliyini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.

Qanun layihəsinə etiraz edən Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri səsverməyə qatılmayıb.

Layihə 376 səslə qəbul olunub və millət vəkillərinin toxunulmazlığı ləğv edilib.

Beləliklə, Konstitusiyaya dəyişikliyi yetərincə səs topladığından referendumun keçirilməsinə ehtiyac qalmayıb.

Dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqindən və rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyi HDP-çi millət vəkillərinin terrora dəstək verməsinin qarşısını almağa hesablanıb. TBMM-in ötəndəfəki toplantısında CHP-çilərin gözlənilmədən HDP-çilərə qoşulması nəticəsində dəyişiklik qəbul olunmamış və ikinci səsverməyə saxlanılmışdı./axar/
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber