Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Eldar Əzizovun 52 metrlik tortu niyə hazır olmadı?

Dekabrın 24-də İ.Əliyevin doğum günü münasibəti ilə Sumqayıtda təqdim olunacaq tort hələ hazır deyil. İcra hakimiyyətindən musavat.com-a verilən məlumata görə, tort dekabrın 29-da hazır olacaq.
Sayt yazır ki, aldığı məlumatlara görə, Sumqayıtın icra başçısı Eldar Əzizov tortu hazırlayan aşpazları işlərini vaxtında təhvil verə bilmədikləri üçün işdən çıxartdırıb. Göstəriş verib ki, tort dekabrın 29-na hazır olsun. Eyni zamanda həmin gün konsert proqramının təşkil olunmasına da göstəriş verib. Mügənnilərin çoxunun həmin günə planları olduğundan konsert proqramı ilə bağlı böyük əngəllər yaranıb. Lakin E.Əzizov müğənnilərə konsertə oxumaqları qarşılığında alacaqları pulun iki qatını təklif edərək onları razı salıb.
Sumqayıt İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunün müdiri Ayaz İmaməliyev isə “azvizion.az”a açıqlamasında yayılan məlumatı yalan adlandırıb. “Biz əvvəlcədən planlaşdırmışdıq ki, Yeni il şənliyinə görə tortu dekabrın 29-na hazırlayaq. Yəni tortun bu günə çatdırılmaması və aşpazların işdən çıxarılması ilə bağlı yayılan məlumatlar yalandır”, - deyə o bildirib.
1618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber