Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2016

Azərbaycan güləşçiləri dünya çempionatında çıxışını başa vurub

Azərbaycanın yunan-Roma güləşçilərindən ibarət yığma komandası İranın Şiraz şəhərində keçirilən böyüklər arasında Dünya Kubokunda iştirakını başa vurub. "Report"un məlumatına görə, böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında çıxış edən yığma 6-cı yerlə kifayətlənib.
B qrupunun ilk görüşündə Türkiyəyə 3:5 hesabı ilə məğlub olan yığma komanda ardınca ev sahibi İranla da bacarmayıb - 1:7. Azərbaycan güləşçiləri qrup mərhələsinin sonuncu görüşündə Ukraynaya 5:3 hesabı ilə qalib gəlib.
5-ci yer uğrunda görüşdə isə Azərbaycan və Belarus güləşçiləri yaırşıb. Ümumi hesab bərabər olsa da hakimlərin seçiminə əsasən Belarus yığması turniri 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, finalda İran Ruysiyanı udaraq Dünya Kubokunun sahibi olub.
537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı