Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Sumqayıtda dəhşətli qəza: 5 nəfər həlak oldu

Bu gün Sumqayıt şəhəri yaxınlığında baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydın olub. Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və “Nissan Tiida”ya çırpılıb. Yük maşını “Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.

Ölən şəxslər yük maşının ağırlığı altında tanınmaz hala düşdüyündən onların şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları gəlib./lent.az/
1597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı