Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2016

Aclıq aksiyasına başlayan məhbus NİDA-çılardan xəbər var

Gənc fəalların ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib; qərardan apelyasiya şikayəti verilib
Mayın 11-də narkotik ittihamı ilə həbs edilən NİDA-çı gənc Bayram Məmmədov və gənc fəal Qiyas İbrahimovun mayın 20-də ev dustaqlığına buraxılmaları ilə bağlı məhkəmələri olub. Xətai Rayon Məhkəməsində keçirilən prosesin sonunda hər iki gəncin həbsdə qalmaları barədə qərar çıxarılıb. Qərardan apelyasiya şikayəti verilib.

Həbs edildikləri ilk gündən onlara verilən işgəncələrlə bağlı səslənən iddialar əsas müzakirələrdən biri idi. Xüsusilə, Ombudsman Aparatının nümayəndələrinin 1 saylı Bakı İstintaq Təcridxanasında gənclərlə görüşdən sonra mətbuata açıqlamalarında onlara işgəncələrin verilməməsi ilə bağlı fikirlər səsləndirmələri heç də birmənalı qarşılanmayıb. Hələ də qurumun ünvanına müxtəlif tənqidi fikirlər səsləndirilir. Hər iki gənc artıq aclıq aksiyasına başlayıb.

Bu barədə gənclərin vəkili Elçin Sadıqov “Yeni Müsavat”a açıqlamasında məlumat verdi: “Sonuncu dəfə onları mayın 20-də məhkəmədə gördüm. Mayın 19-dan etibarən onlar aclıq aksiyasına başlayıblar. Bizim hər iki gəncin ev dustaqlığına buraxılmaları barədə vəsatətimiz təmin olunmadı. Xətai Məhkəməsi tərəfindən həmin qərardan apelyasiya şikayəti vermişik. Şikayətimizə bu həftə baxılacağı gözlənilir. Aclıq aksiyalarına təcridxanada münasibətin necə olduğu barədə nəsə deyə bilmərəm. Onlarla yaxın günlərdə görüşüb bu barədə məlumat verəcəyəm. Ombudsman Aparatı indiyə qədər heç bir işgəncəni təsdiq etməmişdi, indi də elə addım atdı. Onlardan bu addım gözlənilən idi. Bayram Məmmədovun sol biləyində açıq yara var və irinləmə gedir. O yara işgəncənin nəticəsində yaranıb. Yaranın fotosunu yaymalı idilər. Amma Ombudsman bunu etmədi. Açığı bu qurumdan şikayət verməyimin nəticəsinin olacağını düşünmürəm. Hər kəs onların necə fəaliyyət göstərdiyini bilir”.

Vəkil 1 saylı Bakı İstintaq Təcridxanasında gənclərə işgəncələrin verilməsini ehtimal etmədiyini qeyd etdi: “Orada gənclərə hələ ki, normal münasibət göstərilir. Hazırda hər iki gəncə işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət hazırlayırıq. Yerli məhkəmələrdə bu məsələni tükəndirmişik. Qiyas İbrahimov son məhkəmədə dedi ki, hələ də verilən işgəncələrdən əziyyət çəkir, başağrıları olur. Bayram da eyni sözləri dedi. Xüsusilə, biləyindəki irinləmənin davam etdiyini söylədi”.

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20
Əhali ban