Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2016

Dünyanı dəhşətə gətirən intihar - Çilili gənc şirlərin yanına atıldı və.... - FOTOLAR

Çilili gənc ən ağıla gəlməz intihar üsullarından birinə əl ataraq özünün öldürmək istəyib. Çilinin paytaxtı Santyaqoda 20 yaşlı gənc soyunaraq özünü zooparkdakı şirlərin qəfəsinə atıb. Franko Luis Ferrada Roman adlı gənci şirlərin əlindən almaq mümkün olsa da onun ağır yaralandığı bildirilir.

Onu xilas etmək üçün zoopark işçiləri iki şiri öldürmək məcburiyyətində qalıblar. Zooparkın direktoru Aleksandra Montalva bildirib ki, təhlükəsizlik protokollarına əsasən, insan həyatına təhlükə yarandıqda heyvanları öldürməyə icazə verilir.

"Gənc oğlan intihar məqsədi ilə şirlərin qəfəsinə girib, paltarını cırıb və heyvanları hirsləndirib", - Montalvanın sözlərini "France-Press" agentliyi sitat gətirir. O əlavə edib ki, bundan sonra zoopark işçiləri Afrikadan gətirilən və 20 ilə yaxın zooparkda yaşayan iki şiri öldürməyə məcbur olublar. Gənc oğlan xəstəxanaya yerləşdirilib./ans/

803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber