Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2016

Suriyada bir neçə ABŞ və Fransa zabiti ələ keçirildi

Suriyanın Hələb vilayəti ətrafında mürəkkəb bir əməliyyatda Fransa və ABŞ-ın təhlükəsizlik təşkilatlarının bir neçə zabiti Hizbullah döyüşçülərinin əlinə keçib.

İranın Təsnim Xəbər Agentliyinin məlumatına görə, Ərəbistanın dəstəklədiyi Ər-Riyad müxalifləri adlanan qrupun başçılarından biri və Fransa və ABŞ-ın təhlükəsizlik təşkilatlarının bir neçə zabiti Hizbullah kəşfiyyatçılarının əməliyyatı nəticəsində həbs olunublar.

Müəyyənləşməyən bir bölgədə keçirilən bu əməliyyatın əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının işğalı altında olan ərazidə baş verdiyi bildirilir.

Ərəbistan, ABŞ və Fransanın təhlükəsizlik təşkilatları bu bölgələrdə təkfirçi terrorçuları idarə etmək üçün əməliyyat palatası yaradıblar.

Əldə olunan məlumata görə, Hizbullahın son mürəkkəb əməliyyatı 2014-cü il mart ayında bu hərəkatın döyüşçülərinin başqa bir əməliyyatına bənzədilib. O əməliyyatda Hizbullah döyüşçüləri təkfirçi terrorçuların işğalı altında olan Qələmun bölgəsinə nüfuz etmiş və avtomobilə bomba quraşdırmaq üzrə mütəxəssis olan terrorçulardan beş nəfəri öldürmüşdülər.

Məlumata görə, Hizbullahın təhlükəsizlik əməliyyatı Hələbdə əl-Nüsrə Cəbhəsinin qərargahında təkfirçilərin Xantumana son hücumuna reaksiya olaraq keçirilib./maide/
422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43