Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2016

Türkiyədə 7-ci baş nazir, biz də isə hələ də Rasi-Zadə...

Qeyd edək ki, Rasi-Zadə Azərbaycan dilində yaxşı danışa bilmir...

Ən yaşlı və uzunömürlü Rasi-Zadə nə zaman gedəcək?

Türkiyədəki baş nazir dəyişikliyi Azərbaycanda ənənəvi olan bir məsələni yenə aktuallaşdırıb. 20 ildir Azərbaycanın baş naziri postunda əyləşən 81 yaşlı Artur Rasi-Zadə ilə hakimiyyətin hələ də vidalaşmaması bir daha gündəmə gəlib.

Təsadüfi deyil ki, Rasi-Zadənin baş nazirliyi dönəmində Türkiyə 7 dəfə ikinci postunda olan şəxsi dəyişib. Qonşu ölkələr içərisində ən yaşlı baş nazir olmaqla yanaşı, eyni zamanda Artur müəllim ən uzunömürlü baş nazirdir. Bu şəxsi hakimiyyət üçün dəyişməz edən səbəblər müəmmalı olaraq qalmaqdadır. Doğrudur, ölkənin ikinci şəxsini bir anda dəyişmək istənilən hakimiyyət üçün asan məsələ deyil. Amma ən azından son 20 ildə buna cəhdlər edilə bilərdi. Bunu biz görmədik.

20 ildir iqtidarın dəyişməz kadrı olan, bəzən aylarla üzdə görünməyən Rasi-Zadənin yerinə iddiaçı olan şəxslər də zaman-zaman olub. Amma heç biri bu postu tuta bilməyib. Hətta baş nazirliyə iddiaçı şəxslərin “vurulması” proseslərinin də şahidi az olmamışıq son 20 ildə...
Hansı şəxsin baş nazir olacağı barədə xəbər yayılan kimi ya ölkə daxilindən, ya da xaricindən gözəgörünməyən qüvvə həmin şəxsi sıradan çıxarır. Son olaraq, bunu maliyyə nazir Samir Şərifovun timsalında gördük.../musavat/
410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber