Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

İraq ordusu Suriya və İordaniya sərhədində silahlılara qarşı sərt əməliyyatlar keçirir

İraq ordusunun quru və hava qüvvələri əl-Ənbar vilayəti, xüsusilə də Huran vadisində silahlıları təqib edir.

SalamNews-un “SumariyaNews”a istinadla verdiyi xəbərə görə, İraq ordusunun hərbi təyyarələri əl-Ənbar əyalətindəki əhaliyə broşürlər ataraq onları təhlükəli bölgələrə yaxınlaşmamağa çağırıb.

İraq ordu qüvvələri Suriya və İordaniya sərhədində dünən start verdiyi hərbi əməliyyatlarda əsasən bomba və hərbi helikopterlərdən istifadə edir.

Bildirək ki, silahlıların ordu tərəfindən təqibi ötən həftə əl-Ənbarda 15 hərbçinin öldürülməsindən sonra başlayıb.

Yeri gəlmişkən, İraqın Baş naziri Nuri əl-Maliki müxalifətin keçirdiyi aksiyalarda xeyli sayda terrorçunun gizləndiyini deyib və keçirilən aksiyalara son qoyulması üçün bir həftə möhlət verib.
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11