Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2016

Lavrov İranı Rusiyanın orbitinə daxil etmək üçün məsələ qaldıracaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsini qaldıracaq.

Bu barədə Rusiya prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov danışıb.

“Biz İranın müraciətini xatırladacağıq. Əfqanıstanın da təşkilata üzvlüklə bağlı müraciəti var. İran müraciət ərizəsini 2006-cı ildə verib. Lakin rəsmi şəkildə müraciət 2008-ci ildə təqdim olunub. İran ŞƏT üzvlük məsələsində real namizəddir və bütün haqları var” – Hakimov belə deyib.

Qeyd edək ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Belorus, Monqolustan, Hindistan, İran, Pakistan, Əfqanıstan müşahidəçi statusundadı
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11