Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2016

Kamboca: Aşağı maaş alan müəllim “silahlı quldur dəstəsi” yaradıb

Kambocada məktəb müəllimi, deyildiyinə görə maaşı aşağ olduğundan, silahlı quldur dəstəsi yaradaraq cinayətlər törətməyə baş vurub.

Phnom Penh polisi bildirib ki, 62 yaşlı Moeng Sary 5 il qaçaq düşəndən və 37 silahlı qarət törəndən sonra həbs olunub.

Polis həmin şəxsi oğurluqda və "icazə olmadan silah işlətməkdə" ittiham edib, Khmer Times nəşri xəbər verib.

Kambocanın Prey Veng adlı cənub vilayətindən olan keçmiş müəllim polis tərəfindən dükanlardan birinin qarətə məruz qaldığına görə şübhəli qismində saxlanmışdı.

Həmin dükanın sahibi qarət zamanı döyülmüşdü, dükanın özündən isə 120 000 dollar dəyərində daş-qaş və pul aparılmışdı.

Rəsmilərə görə, Moeng Sary-nin iddia edilən iki əlaltısı tutulandan sonra, onun dəstəbaşı olduğunu bildiriblər.

Cambodia Daily-nin məlumatına əsasən, iddia edilən "kriminal dəstənin lideri" təsadüf nəticəsində, polisin paytaxtın tikinti meydançalarında yoxlama apardığı zaman saxlanılıb.
Yerli polis rəisini Chey Senghan qəzetə bildirib ki, Moeng Sary yaşa dolduğu dövrdə müəllim sənətini atıb və maaşı aşağı olduğuna görə quldurluğa baş vurub. /BBC/
348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber