Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2016

60 min insan etiraza qalxdı

Belçikanın paytaxtı Brüsseldəki dəmir yol Stansiyasında həmkarlar ittifaqının çağırışı ilə toplanan təxminən 60 min adam həftəlik iş saatınnı 38-dən 45-ə, pensiya yaşının isə 65-dən 67-yə yüksəldilməsinə etiraz ediblər.

Musavat-ın məlumatına görə, Belçika hökumətinin “kəmərsıxma” tədbirlərinə qarşı çıxan nümayişçilər "Bu qədər yetər" şüarını səsləndirərək şəhərin mərkəzinə doğru irəliləyiblər. Brüsseldə ictimai nəqliyyat sektoru işçilərinin də nümayişə qatılması səbəbi ilə şəhərdaxili nəqliyyat dayanıb. Nümayiəçilərlə polis qarşı-qarşıya gəlib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Baş verən qarşıdurmada bəzi nümayişçilər saxlanılıb.

Belçika hökuməti isə ölkədəki maliyyə vəziyyətinin nizama girməsi və pensiya sisteminin davamlılığının təmin edilməsi üçün bu dəyişikliklərin zəruri olduğunu açıqlayıb.
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP