Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Nazir oğlunun evindən çıxan pullardan danışdı

Türkiyə daxili işlər naziri Müəmmar Gülər oğlunun evindən çıxan pullardan danışıb.

Virtualaz.org xəbər verir ki, nazir “Posta” qəzetinin müxbiri ilə danışığında oğlunun evindən çıxan pulun mənbəyi haqda məlumat verib

Nazir bildirib ki, oğlu həmin pulları şəxsi villasının satışından əldə edib: “O pullar oğlumun Bahçeşehirdəki villasının satışından əldə edilən pullardır. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilib. Satış zamanı ipoteka problemi yaşanıb. Bununla da pulların banka qoyulması zamanı mənbəyinin göstərilməsi mümkün olmayıb. Bu səbəbdən 1 milyon 200 min dollarlıq ipotekanın həll edilməsi üçün gözləyiblər".

Nazir oğlunun adının rüşvətdə və korrupsiyada hallanmasına cavab olaraq bunları bildirib: “Mənim oğlum dünyanın ən təmiz insanlarından biridir”.

Xatırladaq ki, dekabrın 17-də Türkiyədə həyata keçirilən korrupsiya və rüşvət əməliyyatlarında saxlanılan nazir oğlu Barış Gülərin evindən külli miqdarda nəğd pul və pulsayan maşın çıxmışdı.

Qeyd edək ki, dekabrın 21-də məhkəmə qarşısına çıxarılan nazir oğlu haqda həbs qərarı çıxarılıb. 


1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi