Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Növbəti hədəf Mosuldur - İbadi

Fəllucə şəhərindən sonra Mosulu İŞİD-in işğalından azad edəcəyik.

Bu sözləri İraqın Baş naziri Heydər İbadi deyib.

“Qüvvələrimiz Fəllucə şəhəri istiqamətində xeyli irəliləyiş əldə edib. Vətəndaşların təhlükəsizliyi və bölgənin terrorçulardan təmizlənməsi bizim üçün önəmlidir. Terror sadəcə İraqı deyil, bütün dünyanı təhdid edir. Terrorçuların iyrənc düşüncələri İslam dininə ağır zərbə vurur”, - İbadi bildirib.

Qeyd edək ki, İraq ordusu yerli qüvvələrin dəstəyi ilə Fəllucə və Mosul şəhərlərini İŞİD-dən azad etmək üçün əməliyyatlara start verib.
345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber