Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Daha iki gənc fəal həbs olundu

Onların harada saxlanıldığı, niyə cəzalandırıldığı haqda isə heç bir məlumat verilmir

Gəncləri evlərindən apararkən kompüter və telefonları da götürülüb

Dünən fotoreportyor Elnur Muxtarı və NIDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanov polis tərəfindən saxlanılıb. Onların “heykəl işinə” görə saxlanıldıqları ehtimal olunur. Bu haqda NIDA Vətəndaş Hərəkatının yaydığı bəyanatda deymlir.

“Özlərinin bildirdiyinə görə, bir neçə gün idi izlənilirdilər. Ehtimallara görə, heykəl məsələsinə görə saxlanılıblar. Məlum heykəlin üzəri yazılan gün onlar o ərazidən keçiblər və dayanıb heykəlin üzərində yazılmış ”Qul bayramınız mübarək” sözlərini oxuyublar. Həmin an ərazidəki kameralarda görüntülənib. Bu səbəbdən də onlar saxlanılıb”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, dünən səhər saatlarında bir neçə polis fotoreportyor Elnur Muxtarın yaşadığı mənzilə gələrək, onu özləri ilə aparıblar. Bu zaman evə baxış keçirilib, Elnur Muxtara məxsus fotokamera və noutbuk götürülüb.

Faktı “Meydan TV”yə fotojurnalistin yaxınları təsdiqləyiblər. Onun 7-ci polis bölməsinə aparıldığı bildirilir.

Gənc fəal Amid Süleymanovu da yaşadığı mənzildən aparıblar. Bu haqda onun atası Yusif Süleymanov məlumat verib. Atasının dediyinə görə, gecə saatlarından evlərinə müxtəlif adamlar gələrək onları narahat edib: “Müxtəlif şəxslər mənzilə gələrək başqa-başqa şəxsləri soruşurdular. Şikayət olduğunu deyirdilər. Deyirdilər ki, ”açın qapını, qol çəkdirib gedəcəyik”. Üç dəfə 102-yə məlumat verdim. Sonra qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülki geyimli şəxs evə doluşdu”.

Gənc fəalın atası deyib ki, həmin şəxslər evdə axtarış aparıb, Amid Süleymanovun kompüterini, telefonunu götürüblər. Polis və kimliyi bəlli olmayan şəxslər sonda da Amid Süleymanovu özləri ilə aparıblar.

Gənc fəalın niyə görə aparıldığı açıqlanmayıb. Onu aparanlar yalnız 5-ci polis bölməsinə getdiklərini bildiriblər.

Ata sonradan 5-ci bölməyə getsə də, oğlunun orada olmadığını deyiblər. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən “Meydan TV”yə verilən məlumata görə, Elnur Muxtar Amid Süleymanovla birgə Bakı şəhər Baş Polis Idarəsinə aparılıb.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən isə medianın gənclərin harada saxlanıldıqları barədə sualına cavab olaraq bildirilib ki, onlarda bu barədə heç bir məlumat yoxdur.

Dünən axşam saatlarında isə sosial şəbəkələrdə məlumat yayılıb ki, Amid Süleymanov və Elnur Muxtarın hər birinə 10 sutka inzibati həbs cəzası verilib.

Amid Süleymanovun atası Yusif Süleymanov “Turan”a açıqlamasında bildirib ki, yaşadıqları ərazinin sahə müvəkkili ona da oğluna on sutka cəza verildiyini deyib.

Lakin gənc fəalların hansı səbəblə cəzalandırılması barədə məlumat verilmir.
402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı