Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Şeyx İbrahim Zəkzaki Nigeriya hökuməti və ordusundan məhkəməyə şikayət etdi

Aylardır Nigeriya hərbiçiləri tərəfindən ədalətsiz və qanunsuz həbsdə saxlanılan Nigeriya İslami Hərakatının rəhbəri Şeyx İbrahim Zəkzaki bazar ertəsi günü uzun müddət qanunsuz həbsdə saxlandığına görə, Nigeriya federal dövlət və Orduya qarşı şikayət ərizəsi ilə məhkməyə müraciət edib və şikayətinə tez bir zamanda baxılmasını tələb edib.

Nigeriya şiələrinin sevimli rəhbəri Şeyx Zəkzaki Nigeriya Federal Ali Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində öz qanunu hüquqlarının icrasını tələb edib və heç bir məhkəmə olmadan uzunmüddətli saxlanılmasını qanunsuz olduğunu bildirib.

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.

Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi cinayətlər haqda bəyanatla çıxış edib.
"Amnesty International" öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər./maide/
314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı