Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Xərçəng xəstəliyinə qarşı böyürtkən üsulu...

Mütəxəssislərin araşdırmalarına görə, böyürtkəndə xərçəng xəsətliyinə qarşı olan vitaminlər zəngindir.

Böyürtkən və yarpaqlarının tərkibindəki yüksək antioksidant sayəsində immunitet sistemini gücləndirir. Xərçəngə və tənəffüs yollarına effektli təsiri var. Laboratoriya şəraitində aparılan elmi işlərdə böyürtkən meyvəsinin bir çox faydasının kəşf edildiyini vurğulayan Prof.Dr. Qaradəniz, "Böyürtkən və yarpağının tərkibində olan antioksidantlar sayəsində immunitet sistemini gücləndirib, xərçəngə qarşı bədəni qoruyucu təsiri var"- dedi.

Böyürtkən meyvəsi qədər yarpaqlarının da faydalı olduğuna diqqət çəkən Prof.Dr.turan Qara Dəniz, belə dedi:

“Böyürtkən və yarpağı badamcıq vəzisi, ağız, dil, diş ətindəki iltihabları möhkəmləndirir. Yüksək təzyiqin aşağı düşməsində də kömək edir. Həmçinin göz xəstəliklərinə yaxşı təsir edir. Həmçinin yarpağı yanıqlara və babasilə effekt verir. Kökünün qaynadılaraq suyu içilərsə, qan şəkərini salar. Üzvi turşular, minerallar və vitaminlər baxımından olduqca zəngin olan böyürtkən yetişdirilməsi olduqca sadədir”.
402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP