Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Putindən Avropa Birliyinə çağırış

"Rusiya və Avropa Birliyi arasında həlledilməz problem yoxdur".

Bunu Rusiya prezidenti Vladimir Putin Yunanıstanın "Katimerini" qəzetinə müsahibəsində deyib. O, birliyə üzv ölkələri birtərəfli oyun oynamaqdan imtina etməyə çağırıb: "Əməkdaşlıq yolunda bu cür addımlardan qaçmaq və qarşılıqlı maraqlara hörmət etmək vacibdir. Rusiya və Avropa Birliyi yolayrıcına yaxınlaşıb və indi bizi bir sual maraqlandırır: Bizim gələcək münasibətlərimiz necə inkişaf edəcək və hansı yolla getməyə hazırıq?"

Putinin sözlərinə görə, Rusiya geniş əhatəli məsələlər üzrə Avropa Birliyi ilə dialoq aparmaq niyyətindədir, ancaq AB buna hazır deyil.

Rusiya prezidenti Sakit okeandan Atlantikə qədər uzanan iqtisadi və humanitar əməkdaşlıq zonasının yaradılması ilə bağlı Avropa Birliyinə üzv ölkələrə səslənib: "Bu məsələnin reallaşmasında ən vacib məsələ Avropa və Avrasiya inteqrasiya proseslərinin harmonikləşdirilməsidir"./teleqraf/
385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı