Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Tovuzda külək fəsadlar törətdi:''İşığımız yanmır, uşaqlarımız dərsə getmir''

Damlar uçdu, işıq kəsildi, əkin sahələri məhv oldu, heyvanlar zədələndi

"Sel yaxınlaşanda uşağı götürüb qaçdım"

Güclü külək, dolu və sel Tovuzun dağ kəndlərində fəsadlar törətdi.

Tovuzun Məşədilər kəndinə yağan güclü dolu fəsadlar yaradıb. Kənd sakini Dilbər Nəbiyevanın evinin bir hissəsi və barısı uçub. 50-dən çox ev quşu tələf olub.

Dilbər Nəbiyeva - kənd sakini: "Sel bütün evlərdən keçə-keçə gəldi, bizə çatanda uşağı götürüb qaçdım. Evin bir hissəi uçdu, çardaq çökdü. Dolu düşdü evimizin içərisinə".

Axşam saatlarına yaxın güclənən külək evlərin damını uçurub. Kənddə elektrik enerjsinin təminatında problemlər yaranıb.

Asif Hüseynov - kənd sakini: "Külək 3-4 dənə evin damı uçub. Tövləmin damı uçdu, qonşular hərəsi bir şifer verdi, damı düzəltdim".

Gülnaz Hüseynova - kənd sakini: "İşığımız yanmır, uşaqlarımız dərsə hazırlaşa bilmirlər, məktəbə getmirlər".

Kəndin dağətəyi ərazidə yerləşməsi də ziyanın artmasına səbəb olub. Yüksəklikdən axan sel ağacları kökündən çıxarıb, kəndlilərin əkin sahələrini yuyub. Sakinlər deyir ki, artıq sahələrdən məhsul götürmək ümidləri puç olub.

Nəcibə Abbasova - kənd sakini: "Dərənin seli-suyu bizim evi tutdu. Məhəllə bir qırağa, damım-daşım, hər yer dağılıb".

Mətləb Qasımov - kənd sakini: "Sel bütün əkdiklərimi apardı. Lobyam çiçək açmışdı, onu da dağıtdı. Əkin yerlərmiz pis vəziyyətə düşüb, ağaclarımız aşıb, heyvanlarımız zədələnib".

Anomal hava şəraiti digər dağlıq və dağətəyi kəndlərə də ziyan vurub. Tovuz rayon İcra Hakimiyyətində yaradılan Fövqəladə Komissiya tərəfindən vəziyyət nəzarətə götürülüb və əhaliyə dəyən ziyan araşdırılır. (Region TV)
412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı